en | ru

"AB Qala" haqqında

"AB Qala" oteli Azərbaycanın cənub subtropik zonasının ən böyük şəhəri Lənkəranda yerləşir. Otel bir nəfərlik, iki nəfərlik və lüks sinif otaqların da daxil olduğu 56 nömrədən ibarətdir. Otelin daxili dizaynı və nömrələr, onun "təbiət qoynunda şəhər rahatlığı" konsepsiyasını tamamlayır. "AB Qala" otelinin bütün nömrələrində çoxkanallı kabel televiziyası, kondisioner, mini-bar və bir çox başqa şeylər var.

Otel təkcə müasir dizaynı ilə deyil, həm də xidmətin yüksək səviyyəsi ilə seçilir. Otelin avropa standartlarına cavab verən xidmətləri və infrastrukturu onu ilin istənilən fəsli qonaqların dincəlməsi üçün rahat edir.

"AB Qala" şəhərin mərkəzində yerləşir, lakin otelin qonaqlarını dənizkənarından, mənzərəli göldən, iti axan dağ çayından və ya meşə massivindən cəmi bir neçə dəqiqə ayırır - hər şey sizin hansı məkanı seçəcəyinizdən asılıdır.